"Liverpul" kolumbiyalı hücumçunu transfer edir
"Sportinq"in hücumçusu Luis Suares İngiltərəyə keçə bilər.
90plus.az xəbər verir ki, "A Bola"ya istinadən, "Liverpul" kolumbiyalı forvardla maraqlanır.
Mersisayd klubunun Suares üçün "Sportinq"lə rəsmi danışıqlara başladığı bildirilib.
28 yaşlı oyunçunun Portuqaliya nəhəngi ilə müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədədir. Karyerası boyunca o, "Qranada", "Leones", "Uotford", "Ximnastik", "Saraqosa", "Marsel" və "Almeriya" komandalarında çıxış edib.
© Copyright 2026, All Rights Reserved