“Liverpul” əlaqə saxladı, Xabi Alonso razılıq verdi
“Liverpul” Xabi Alonso ilə bağlı hərəkətə keçdi. Razılıq var...
90plus.az xəbər verir ki, “Liverpul” klubu Xabi Alonsonun ətrafı ilə əlaqə saxlayıb. Məlumata görə, mersisaydlılar ispaniyalı mütəxəssisin komandanı çalışdırmağa hazır olub-olmadığını öyrəniblər və alınan cavab müsbət olub - diario AS
Hazırda istirahətdə olan Xabi Alonso potensial əməkdaşlığa açıqdır. Klub daxilində baş məşqçi Arne Slotla bağlı mümkün ayrılıq ssenariləri müzakirə olunur və Alonso bu kontekstdə əsas namizədlərdən biri kimi dəyərləndirilir.
ℹ️ Xabi Alonso futbolçu karyerasında 2004–2009-cu illərdə “Liverpul”un formasını geyinib və “Enfild”də keçirdiyi dövrdə klub tarixində iz qoyub. Bu faktor da rəhbərliyin onu ideal seçim kimi görməsində mühüm rol oynayır.
Xəbərin mənbəyi İspaniyanın AS nəşrinin jurnalisti Xose Feliks Diasdır.
Mövzu ilə bağlı rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi istisna edilmir.
© Copyright 2026, All Rights Reserved