"Liverpul" müdafiəçisi ilə sağollaşır
“Liverpul” müdafiəçi İbrahima Konate ilə yollarını ayırmağa hazırlaşa bilər.
90plus.az xəbər verir ki, “Football Insider”in məlumatına görə, fransalı futbolçunun Mersisayd klubundakı gələcəyi qeyri-müəyyən vəziyyətə düşüb. Onun adı artıq bir müddətdir Avropanın top klubları ilə hallanır.
Bildirilib ki, “Liverpul” Konateni qış transfer pəncərəsində satmağı planlaşdırır. Lakin klub bu addımı yalnız onu əvəzləyə biləcək oyunçu tapıldığı halda atacaq. “Qırmızılar”ın transferdən təxminən 15 milyon funt sterlinq (17,2 milyon avro) gəlir əldə etməyi hədəflədiyi deyilir.
Xatırlatma: Konate 2021-ci ilin yayında “RB Leyptsiq”dən “Liverpul”a transfer olunub və onun müqaviləsi 2025/2026 mövsümünün sonunda bitir.
© Copyright 2025, All Rights Reserved