“Liverpul” onu nişan alıb
“Liverpul” İngiltərə millisinin oyunçusuna göz dikdi!
90plus.az xəbər verir ki, “Nyukasl”ın və İngiltərə millisinin 23 yaşlı hücumçusu Entoni Qordon “Liverpul”a keçə bilər.
“Sağsağanlar” maliyyə şərtlərinə görə futbolçunun transferindən pul qazanmaq istəyirlər.
Avro-2024-ün qrup mərhələsində Qordon Sloveniya ilə 3-cü tur matçında (0:0) iştirak edib. Bu oyunda futbolçu bir dəqiqə meydanda olub. O, ötən mövsüm bütün yarışlarda 49 matçda iştirak edib, 12 qol vurub, 11 məhsuldar ötürmə edib.
Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Hücumçunun bazar dəyəri 60 milyon avrodur.
Mənbə: The Sun
© Copyright 2026, All Rights Reserved