"Liverpul" - "Qalatasaray" matçının adamı o seçildi
Çempionlar Liqasının son 16 turunda Türkiyə təmsilçisi “Qalatasaray” cavab oyununda səfərdə “Liverpul”a 4:0 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
90plus.az xəbər verir ki, ilk oyunda alınan 1:0 hesablı məğlubiyyətin ardından ümumi nəticədə üstün olan İngiltərə təmsilçisi növbəti mərhələyə yüksəlib.
Bu nəticə ilə “Liverpul” növbəti mərhələdə Fransanın PSJ klubu ilə qarşılaşacaq.
Gərgin keçən oyunda fərqlənən və bir qol vuran macar futbolçu Dominik Soboslai matçın ən yaxşı oyunçusu seçilib.
Oyundan sonra açıqlama verən Soboslai maraqlı fikirlər səsləndirib: o, “Qalatasaray”ın əvvəlki oyundan sonra qələbəni qeyd etdiyini eşitdiyini və bunu şəxsi motivasiya kimi qəbul etdiyini bildirib. Futbolçu həmçinin əfsanəvi yarımmüdafiəçi Stiven Cerrardla müqayisə olunmağın onun üçün böyük şərəf olduğunu vurğulayıb:
“Onu izləyərək böyümüşəm və indi səkkiz nömrəli formanı geyinirəm. O, hamımız üçün ilham mənbəyidir və ‘Liverpul’un əfsanəsidir”, – deyə Szoboszlai qeyd edib.
© Copyright 2026, All Rights Reserved