“Liverpul” – “Qalatasaray” matçının hakimi bəlli oldu
UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün 1/8 final mərhələsinin cavab oyunları start götürür. Türkiyə təmsilçisi “Qalatasaray” növbəti mərhələyə yüksəlmək üçün səfərdə İngiltərə nəhəngi “Liverpul”la qarşılaşacaq.
90plus.az xəbər verir ki, İstanbulda keçirilən ilk oyunda “sarı-qırmızılar” rəqibini Mario Leminanın qolu sayəsində 1:0 hesabı ilə məğlub etmişdi və cavab görüşü öncəsi üstünlüyə malikdir.
Qarşılaşma ərəfəsində UEFA oyunun hakimlərini də açıqlayıb. Qurumun yaydığı məlumata görə, “Liverpul” – “Qalatasaray” matçını Polşa Futbol Federasiyasından Şimon Marçinyak idarə edəcək.
Təcrübəli referiyə həmyerliləri Tomaş Listkyeviç və Adam Kupşik yan xətt hakimləri kimi kömək edəcəklər. Pavel Raçkovski isə qarşılaşmada dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Matçın VAR hakimi İtaliya Futbol Federasiyasından Marko Di Bello olacaq. AVAR sistemində isə Daniele Kiffi çalışacaq.
© Copyright 2026, All Rights Reserved