"Liverpul" Salaha əvəzləyicini "Real"da tapdı
"Real"ın futbolçusu Rodriqo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90plus.az xəbər verir ki, "Liverpul" braziliyalı vingeri heyətinə qatmaq niyyətindədir. Bu barədə İngiltərə mətbuatı xəbər yayıb.
“Qırmızılar” onu Mohamed Salahın potensial əvəzləyicisi kimi görür. "Liverpul"la yanaşı, "İnter", "Əl-Hilal", "Arsenal", "Çelsi" və "Tottenhem" də 25 yaşlı oyunçuya maraq göstərir.
"Real" Rodriqonu 2019-cu ilin yayında "Santos"dan 45 milyon avro qarşılığında transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində 26 rəsmi görüşdə iştirak edib, 3 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved