"Liverpul" Salahla bağlı qərarını verdi - AÇIQLAMA
İngiltərə Premyer Liqa təmsilçisi "Liverpul"da böyük ayrılıq rəsmiləşib.
90plus.az xəbər verir ki, klubun ulduz futbolçusu Mohamed Salah mövsümün sonunda komandadan ayrılacaq. "Liverpul"un yaydığı rəsmi açıqlamada bildirilib ki, misirli hücumçu 2025-2026 mövsümünün sonunda klubla olan karyerasını başa vuracaq.
Beləliklə, Mohamed Salah üçün "Enfild"dəki 9 illik uğurlu dövr sona çatacaq. Futbolçu qərarını erkən açıqlamasını azarkeşlərə olan hörmət və minnətdarlıqla əlaqələndirib.
2017-ci ilin yayında "Roma" klubundan transfer olunan 11 nömrəli futbolçu qısa zamanda "Liverpul" tarixinin ən böyük oyunçularından birinə çevrilib. O, komanda ilə birlikdə İngiltərə çempionluğu, UEFA Çempionlar Liqası, FIFA Klublararası Dünya Çempionatı, UEFA Super Kuboku, İngiltərə Kuboku, iki Liqa Kuboku və İngiltərə Super Kuboku qazanıb.
Mohamed Salah "Liverpul" forması ilə keçirdiyi 435 oyunda 255 qol vuraraq klub tarixinin ən yaxşı bombardirləri siyahısında 3-cü pillədə qərarlaşıb. O, həmçinin 4 dəfə Premyer Liqanın bombardiri olub və çoxsaylı fərdi mükafatlar qazanıb.
Hazırda mövsüm davam etdiyi üçün təcrübəli futbolçu diqqətini "Liverpul"un liqanı ən yaxşı şəkildə başa vurmasına yönəldib. Klub isə onunla bağlı vida mərasiminin mövsümün sonuna doğru keçiriləcəyini açıqlayıb.
© Copyright 2026, All Rights Reserved