"Liverpul" Virts münasibətləri ciddiləşir

İngiltərə Premyer Liqasının son çempionu olan “Liverpul” yay transfer pəncərəsinə damğa vuracaq transferə imza atıb.
90plus.az xəbər verir ki, klub Almaniyanın “Bayer Leverkuzen” komandasının ulduz futbolçusu Florian Virtsi heyətinə qatıb.
ABŞ-ın ESPN kanalı xəbər verir ki, 22 yaşlı alman yarımmüdafiəçinin transferi artıq reallaşıb və “Liverpul” bu keçid üçün “Bayer Leverkuzen”ə 136 milyon avro ödəyib. Bu məbləğ klub tarixində rekord göstəricidir.
Florian Virts “Bayer Leverkuzen” forması altında bir dəfə Bundesliqa, bir dəfə isə Almaniya Kubokunun qalibi olub. Ulduz futbolçunun transferi həm İngiltərə, həm də Almaniya mətbuatında geniş yer alıb.
“Liverpul” da rəsmi internet saytında bu keçidi təsdiqləyərək azarkeşlərini sevindirib. Klub rəhbərliyi Virtsin komandaya böyük töhfə verəcəyinə inanır və onu gələcək planların əsas parçası kimi görür.
Bu transfer, yay dönəminin ən səs-küylü anlaşmalarından biri kimi qiymətləndirilir.
© Copyright 2025, All Rights Reserved