"Liverpul"da ayın futbolçusu o seçildi - "Qarabağ"a qol vurmuşdu
“Liverpool”da yanvarın ən yaxşısı – Florian Uirtz ilk mükafatını qazandı.
90plus.az xəbər verir ki, “Liverpool”un yarımmüdafiəçisi Florian Uirtz yanvar ayı üzrə klubun ən yaxşı futbolçusu seçilib. Ötən yay Mersisayd təmsilçisinə qoşulan alman oyunçu üçün bu, ilk “Ayın futbolçusu” mükafatı olub.
Uirtz yanvar ayında komandanın keçirdiyi bütün 9 oyunda iştirak edib, onlardan 8-nə start heyətində başlayıb. O, bu müddətdə 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu “Fulhem”, “Barnsli”, “Bernli”, “Qarabağ” və “Nyukasl Yunayted”lə qarşılaşmalarda fərqlənib.
Azarkeşlərin səsverməsində Florian Uirtz Huqo Ekitike və Dominik Soboslaini qabaqlayaraq mükafata layiq görülüb.
Mükafatla bağlı danışan Uirtz sevincini gizlətməyib:
“Təşəkkür edirəm. Çox xoşbəxtəm və ilk "Ayın futbolçusu" mükafatımı almaq mənim üçün çox xoşdur. Azarkeşlərə minnətdaram.”
Qeyd: Uirtz "Liverpul"un "Qarabağ"a 6-0 qalib gəldiyi oyunda hesabı 2-0 edən qola imza atmışdı.
© Copyright 2026, All Rights Reserved