"Liverpul"dan anti-rekord
“Liverpul” İngiltərə Premyer Liqasının XXIX turunda səfərdə “Vulverhempton”a 1:2 hesabı ilə uduzaraq çempionatın tarixinə arzuolunmaz göstərici ilə düşüb.
90plus.az xəbər verir ki, martın 3-də “Molinyu Stedium”da baş tutan görüşdə ev sahiblərinə qələbə qazandıran qolu 90+4-cü dəqiqədə Andre Trindade vurub.
Beləliklə, “Liverpul” bu mövsüm artıq 5-ci dəfə əlavə olunmuş dəqiqələrdə buraxdığı qol səbəbindən məğlub olub. Bu isə İngiltərə Premyer Liqası tarixində bir mövsüm ərzində qeydə alınmış ən mənfi nəticə kimi yadda qalıb.
Mersisayd klubu bundan əvvəl də oxşar ssenari ilə “Mançester Siti”yə (1:2), “Bornmut”a (2:3), “Çelsi”yə (1:2) və “Kristal Pelas”a (1:2) uduzub.
Hazırda “Liverpul” 48 xalla turnir cədvəlinin 5-ci sırasında yer alır.
© Copyright 2026, All Rights Reserved