“Liverpul”dan ard-arda 4-cü məğlubiyyət
🐝 “Brentford” “Liverpul”u məğlub etdi – “qırmızılar” üçün ardıcıl dördüncü məğlubiyyət!
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 10-cu turunda “Brentford” doğma meydanda “Liverpul”u 3:2 hesabı ilə məğlub edib. Bu nəticə “qırmızılar” üçün ardıcıl dördüncü məğlubiyyət olub və komanda Premyer Liqa tarixindəki ən uzun məğlubiyyət seriyasını təkrarlayıb:
Brentford 3 - 2 Liverpul
Ouattara Da. 5'
K. Schade 45'
Milos Kerkez 45+5'
Igor Thiago 60' (P)
Mohamed Salah 89'
Qollar:
https://t.me/doxsanplus/109679
https://t.me/doxsanplus/109684
https://t.me/doxsanplus/109686
https://t.me/doxsanplus/109689
https://t.me/doxsanplus/109690
“Qırmızılar” bu mövsüm artıq çempion olduqları 2023/24 mövsümündəki qədər Premyer Liqa məğlubiyyəti alıblar. “Liverpul” belə seriyanı sonuncu dəfə 2021-ci ilin fevralında yaşamışdı.
📊 Komanda, həmçinin, Premyer Liqa tarixində ardıcıl dörd oyun uduzan dördüncü titul sahibi oldu – bundan əvvəl bu “Lester” (2016/17, 5 oyun), “Liverpul” (2020/21, 4 oyun) və “Mançester Siti”nin (2023/24, 4 oyun) başına gəlmişdi.
🔴 Arne Slotun komandası üçün vəziyyət kritikləşir – “Liverpul” son dörd oyunda cəmi 2 qol vurub, 9 qol buraxıb və turnir cədvəlində ilk dördlükdən kənara düşüb.
© Copyright 2025, All Rights Reserved