"Liverpul"dan Arne Slotla bağlı qərar
“Liverpul” rəhbərliyi hazırda baş məşqçi Arne Slotla yolların ayrılması ehtimalını gündəmə gətirmir.
90plus.az xəbər verir ki, komandanın növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmayacağı hələ də dəqiqləşməsə və mediada Slotun mümkün istefası ilə bağlı xəbərlər yayılsa da, klub daxilində vəziyyət tamamilə başqadır. Bu barədə “The Athletic” nəşri yazıb.
Mütəxəssis klub sahiblərinin tam etimadını qazanıb və artan təzyiqlərə baxmayaraq onun postu təhlükə altında sayılmır.
Mersisayd klubunun rəhbərliyi baş məşqçi dəyişikliyi ilə bağlı artıq addım atmış “Mançester Yunayted” və “Çelsi”nin təcrübəsini təkrarlamaq istəmir.
Vacib məqamlardan biri də Slotun idman direktoru Riçard Hyuzla qurduğu uğurlu iş münasibətləridir. Bu səbəbdən hazırda baş məşqçinin dəyişdirilməsi məsələsi aktual hesab olunmur.
© Copyright 2026, All Rights Reserved