"Liverpul"dan Jotanın ailəsinə maddi dəstək

"Liverpul" Jotanın həyat yoldaşına iki illik maaşını ödəyəcək.
90plus.az xəbər verir ki, “Liverpul” klubu avtomobil qəzasında həyatını itirən Diogo Jotanın ailəsinə dəstəyini davam etdirir. Klubun futbolçunun həyat yoldaşı Rute Kardozoya Jotanın iki illik maaşını ödəyəcəyi bildirilib.
Portuqaliyalı futbolçunun aylıq qazancı təxminən 583 min avro idi. Bu da iki il ərzində 14 milyon avro deməkdir. Klub rəhbərliyi Jotanın ailəsinin maddi çətinlik yaşamaması üçün bu addımı atıb.
Bundan əlavə, "Liverpul" Jotanın 20 nömrəli formasını da təqaüdə göndərib. Komandanın baş məşqçisi Arne Slot və bir neçə futbolçu Jotanın dəfn mərasimində iştirak etmək üçün Portuqaliyaya yollanıblar.
Qeyd: Diogo Jota iki həftə əvvəl – iyunun 22-də ailə qurmuşdu. Lakin ailə qurduqdan cəmi bir neçə gün sonra baş verən qəza onun həyatına son qoydu. Qəza zamanı futbolçunun qardaşı da həyatını itirib.
Arne Slot verdiyi açıqlamada Jotanın klub üçün yalnız bir futbolçu deyil, həm də ailənin bir üzvü olduğunu bildirib. O, Jotanın adının klub tarixində daim yaşayacağını vurğulayıb.
© Copyright 2025, All Rights Reserved