"Liverpul"dan Kiezaya qırmızı işıq
“Liverpul” Federiko Kyezanın icarə ilə ayrılığına icazə verməyəcək.
90plus.az xəbər verir ki, İngiltərənin "Liverpul" klubu italiyalı hücumçu Federiko Kyezanın bu ay icarə əsasında komandadan ayrılmasına müsbət yanaşmır. Klub rəhbərliyi yalnız uyğun daimi transfer məbləği təklif olunduğu halda futbolçunun gedişinə razı ola bilər. Buna baxmayaraq, "Yuventus" və "Napoli" Kyeza ilə yaxından maraqlanır.
Məlumata görə, "Enfild"də gözlədiyindən az şans qazanan və son vaxtlar yüngül zədə problemi yaşayan italiyalı futbolçu vətəninin klubları üçün qısa müddətli variant kimi cəlbedici görünür. Lakin “qırmızılar” mövqelərində qətidir və müvəqqəti ayrılıqdansa maliyyə qazancını prioritet hesab edirlər.
Federiko Kyeza 2024-cü ilin yayında "Yuventus"dan "Liverpul"a transfer olunub. Buna baxmayaraq, o, baş məşqçi Arne Slotun rəhbərliyi altında əsas heyətdə stabil yer qazana bilməyib.
Transfer pəncərəsinin bağlanmasına az vaxt qaldığı üçün Kyezanın komandadan ayrılması yalnız klub rəhbərliyini razı sala biləcək ciddi təklif olacağı halda mümkün görünür.
© Copyright 2026, All Rights Reserved