"Liverpul"un çempionluq paradında faciə: 47 xəsarətli, 1 uşaq ağır vəziyyətdə

“Liverpul”un çempionluq paradı zamanı baş verən insident nəticəsində 47 nəfər xəsarət alıb. Onlardan 27-si xəstəxanaya yerləşdirilib.
90plus.az xəbər verir ki, yaralılar arasında 4 uşaq da var, onlardan birinin vəziyyəti ağırdır.
Hadisə 26 may 2025-ci il tarixində keçirilən Premyer Liqa çempionluq paradı zamanı baş verib. Bir avtomobil izdihamın içərisinə girib. Merseysayd polisi 53 yaşlı bir şəxsi saxlayıb və hadisəni yol-nəqliyyat qəzası kimi qiymətləndirib. Lakin şahidlərin bir hissəsi bunun qəsdən edildiyini iddia edir.
İstintaq davam edir. “Liverpul” klubu və Birləşmiş Krallığın Baş naziri hadisədən zərər çəkənlərə dəstəyini ifadə ediblər.
© Copyright 2025, All Rights Reserved