"Liverpul"un əfsanəsi: "Qalatasaray"ın şansı çoxaldı"
UEFA Çempionlar Liqasının 2025/26 mövsümündə 1/8 final mərhələsinin cavab oyunları start götürür. "Qalatasaray" ilk matçda məğlub etdiyi "Liverpul"la bu dəfə səfərdə üz-üzə gələcək.
90plus.az xəbər verir ki, görüş öncəsi "Liverpul"un sabiq futbolçusu və əfsanəvi kapitanlarından olan Ceymi Karrager maraqlı açıqlamaları ilə diqqət çəkib.
İngiltərə Premyer Liqasında keçirilən "Brentford" – "Vulverhempton" matçından sonra Sky Sports kanalında danışan Karrager bildirib ki, artıq komandasına əvvəlki qədər güvənmir.
O qeyd edib: "Vulverhempton və 'Tottenhem' oyunlarından cəmi bir xalla ayrıldıq. Çempionlar Liqasında isə 'Qalatasaray'a ilk oyunda uduzduq. Buna görə də bir neçə həftə əvvəl olduğu kimi mərhələni keçəcəyimizə o qədər də əmin deyiləm."
Xatırlatma: İlk oyun öncəsi Karrager daha iddialı danışmış və "'Atletiko Madrid' əvəzinə 'Qalatasaray'la oynamaq istərdim. 'Qalatasaray'ı məğlub edəcəyimizə 99 faiz əminəm" sözlərini səsləndirmişdi.
Cavab qarşılaşması öncəsi bu fikirlər futbol ictimaiyyətində böyük maraq doğurur və oyunun daha gərgin keçəcəyindən xəbər verir.
© Copyright 2026, All Rights Reserved