"Liverpul"un futbolçusu ciddi zədələndi
"Liverpul" ciddi itki ilə üzləşib.
90plus.az xəbər verir ki, İngiltərə təmsilçisinin müdafiəçisi Ceremi Frimponq zədələnib.
Niderlandlı oyunçu UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Ayntraxt”la səfər qarşılaşmasında (5:1) ayaq əzələsindən xəsarət alıb. Komandanın baş məşqçisi Arne Slot 24 yaşlı sol cinah müdafiəçisinin bir neçə həftə meydana çıxmayacağını açıqlayıb.
Qeyd: Frimponq bu mövsümün əvvəlində “Liverpul”a “Bayer” klubundan 40 milyon avroya transfer olunub. Niderland millisinin üzvü “qırmızılar”ın heyətində indiyədək 9 rəsmi oyunda iştirak edib, 1 qol vurub.
Xatırlatma: “Liverpul” UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biridir.
© Copyright 2025, All Rights Reserved