"Liverpul"un müdafiəçisi atasını itirdi
İngiltərənin "Liverpul" klubunun müdafiəçisi İbrahima Konate ağır itki ilə üzləşib. Fransalı futbolçunun atası Hamadi Konate vəfat edib.
90plus.az xəbər verir ki, kədərli xəbəri Konate cümə axşamı şəxsi Instagram hesabında paylaşım edərək təsdiqləyib. Futbolçunun Çempionlar Liqasında "Marsel" üzərində qazanılan qələbə matçında iştirak etməməsi diqqət çəkmişdi.
Oyundan sonra "Liverpul"un baş məşqçisi Arne Slot Konatenin heyətdə olmamasının səbəbinin “şəxsi məsələ” ilə bağlı olduğunu bildirmişdi. Artıq bu açıqlamanın arxasında futbolçunun yaşadığı ağır ailə faciəsinin dayandığı məlum olub.
Klub və futbol ictimaiyyəti İbrahima Konateyə bu çətin günlərdə dəstək nümayiş etdirir.
© Copyright 2026, All Rights Reserved