"Liverpul"un ulduzu Salahdan UEFA-ya Fələstin etirazı

İngiltərə Premyer Liqası klublarından olan "Liverpul"un misirli ulduzu Məhəmməd Salah UEFA-nın keçmiş fələstinli milli futbolçu Süleyman Əl-Ubeydlə bağlı paylaşımına sərt reaksiya verib.
90plus.az xəbər verir ki, UEFA rəsmi sosial media hesabında Süleyman Əl-Ubeydin vəfatı ilə bağlı paylaşım edərək onu "Fələstinli Pele" adlandırıb və bu sözləri yazıb:
"Ən qaranlıq zamanlarda belə, saysız-hesabsız uşaqlara ümid verən bir istedad – Fələstinli Pele Süleyman Əl-Ubeyidə vida."
Lakin UEFA paylaşımda Əl-Ubeydin İsrailin hücumu nəticəsində həyatını itirdiyini qeyd etmədiyinə görə, Salah cavab olaraq belə yazıb:
"Bizə onun necə, harada və nə üçün öldüyünü deyə bilərsinizmi?"
Bu sözləri ilə Salah UEFA-nın mövqeyini və susqunluğunu açıq şəkildə tənqid edib.
Qeyd: Fələstin Futbol Federasiyası Süleyman Əl-Ubeyidin ötən çərşənbə günü Qəzza zolağında insani yardım gözləyərkən İsrailin hava hücumu nəticəsində şəhid olduğunu açıqlamışdı.
© Copyright 2025, All Rights Reserved