"Liverpul"un zədəli hücumçusu Fransa millisində oynayacaq
"Liverpul"un hücumçusu Uqo Ekitikenin zədəsinin ciddi olmadığı məlum olub.
90plus.az xəbər verir ki, fransalı forvard Premyer Liqanın 31-ci turunda "Brayton"la keçirilən oyunda (1:2) erkən – 8-ci dəqiqədə zədələnərək əvəzlənmişdi.
Məlumata görə, bu zədə futbolçunun Fransa millisinin mart ayındakı təlim-məşq toplanışına qoşulmasına mane olmayacaq.
Qeyd: Didye Deşamın rəhbərlik etdiyi yığma martın 26-da Braziliya, 29-da isə Kolumbiya millisi ilə yoldaşlıq oyunları keçirəcək.
© Copyright 2026, All Rights Reserved