London klubunun hücumçusu sabiq komandasına geri qayıdır
“Tottenhem”in hücumçusu Riçarlison qış transfer pəncərəsində klubunu dəyişə bilər.
90plus.az xəbər verir ki, braziliyalı futbolçu ilə onun sabiq komandası “Everton” maraqlanır. Məlumata görə, London klubu 28 yaşlı forvardın satışına açıqdır və yaxşı təklif daxil olarsa, onu dəyərləndirməyə hazırdır.
Cari mövsümdə Riçarlison “Tottenhem”in heyətində 13 oyuna çıxaraq 3 qol vurub və 1 asist edib. Onun klubla müqaviləsi 2027-ci ilin ortalarınadək qüvvədədir.
© Copyright 2025, All Rights Reserved