Londonda “Barselona”nın avtobusuna hücum edildi
“Barselona”nın “Çelsi” ilə Çempionlar Liqasının çərşənbə axşamı keçirilən oyunu öncəsi hazırlıqları gözlənilməz insidentlə pozulub.
90plus.az xəbər verir ki, komandanın “Stemford Bric” stadionuna yaxınlaşdığı anda naməlum şəxslər tərəfindən avtobusa hücum edilib.
Mirror nəşrinin məlumatına görə, naməlum şəxslər avtobusun ən az bir şüşəsini sındırıb. Hadisə nəticəsində komandanın ulduz futbolçuları Markus Reşford və 18 yaşlı Lamina Yamal da daxil olmaqla bir neçə oyunçu ciddi şəkildə təşviş keçirib.
Xoşbəxtlikdən futbolçular və heyət üzvləri arasında xəsarət alan olmayıb. Hadisə ilə bağlı dərhal polis araşdırması başlanıb və hüquq-mühafizə orqanları hücumu törədən şəxslərin kimliyinin müəyyənləşdirilməsi üzərində çalışır.
Həmçinin oxu:
© Copyright 2025, All Rights Reserved