"Los-Anceles Leykers" seriyanı davam etdirdi – "Hyuston Rokets" məğlub oldu
NBA-də "Los-Anceles Leykers" səfərdə "Hyuston Rokets" üzərində 100:92 hesablı qələbə qazanaraq ardıcıl 6-cı qalibiyyətini əldə edib.
90plus.az xəbər verir ki, "Toyota Center"də keçirilən qarşılaşmada Qərb Konfransında 3-cü pillədə qərarlaşan "Leykers", Luka Donçiçin möhtəşəm çıxışı ilə qalib gəlib. Sloveniyalı ulduz oyunu 36 xal, 6 ribaund və 4 assistlə tamamlayaraq komandasının qələbəsində əsas pay sahibi olub.
Qonaq heyətdə LeBron James 18, Austin Reaves isə 15 xal toplayıb.
Bu mövsüm 26-cı məğlubiyyətini alan Qərb Konfransının 4-cüsü "Rokets"də Jabari Smith Jr 22, Amen Thompson 19 və Kevin Durant 18 xalla yadda qalıb. Milli basketbolçu Alperen Şengün isə zədə səbəbindən oyunda iştirak etməyib.
"Qolden Steyt Uorriors" 5 oyundan sonra qələbə qazandı
"Qolden Steyt Uorriors", səfərdə "Vaşinqton Uizards"ı 125:117 hesabı ilə məğlub edərək 5 oyunluq uğursuz seriyaya son qoyub.
Komandada Kristaps Porzinqis 30, De'Anthony Melton isə 27 xal toplayıb. Qarşılaşmada təxminən 2 dəqiqə meydanda olan Yurtseven 2 xal və 1 assistlə yadda qalıb.
"Uorriors"un baş məşqçisi Steve Kerr isə 943-cü müntəzəm mövsüm oyununda 600-cü qələbəsinə çatıb. O, bu göstəriciyə ən tez çatan 4-cü məşqçi olub.
Ardıcıl 12-ci olmaqla mövsümdə 51-ci məğlubiyyətini yaşayan "Uizards"da Bilal Coulibaly, Will Riley və Trae Young hərəyə 21 xal toplayıb.
© Copyright 2026, All Rights Reserved