Luis Enrike: “Ən azı bir qol daha vurmağa layiq idilər”
PSJ evdə “Bayern Münhen”ə qarşı zəif ilk hissə performansından sonra 2:1 hesabı ilə məğlub oldu. Məğlubiyyətin səbəblərini PSJ-nin baş məşqçisi Luis Enrike izah edib.
90plus.az xəbər verir ki, 55 yaşlı ispan mütəxəssis bunları söyləyib:
“Bayern bizdən daha güclü idi. İlk hissədə onlara hədiyyələr verdik. Ən azı bir qol daha vurmağa layiq idilər. İkinci hissədə isə bir nəfər artıq olduğumuz üçün oyun başqa cür keçdi. Bilirik ki, təqvimimiz çox çətindir, bu hesabın nəticələri olacaqmı, görəcəyik.”
Bu məğlubiyyət PSJ-nin cari mövsümdə Çempionlar Liqasındakı ilk, bütün turnirlərdə isə ikinci məğlubiyyətidir.
Luis Enrike Canal+ kanalına verdiyi açıqlamada da komandasının səhvlərini qəbul edib. O, Nuno Mendeş və Markinyosun top itkilərindən sonra qolların gəldiyini vurğulayıb:
“İlk hissədə rəqibə çox gözəl hədiyyələr verdik. Daha çox qol da buraxa bilərdik. İkinci hissə fərqli idi, çünki bir oyunçu artıq idik. Gələcəklə bağlı danışa bilmərəm. Təqvimimiz çox ağırıdır, qarşıdakı oyunlar çətin olacaq.”
Enrike həmçinin Usman Dembelenin zədə vəziyyətini də şərh edib. 2025-ci ilin Ballon d’Or sahibi matçın 25-ci dəqiqəsində ağrı hiss edərək meydanı tərk edib:
“Bu, əvvəlki zədə ilə əlaqəli deyil. Yeni bir zədədir. Futbolçuların durumunu yaxşılaşdırmağa çalışırıq və çox diqqətli olmalıyıq.”
Luis Enrike komandasının çıxışından narazı qaldığını bir daha vurğulayıb:
“Şübhə yoxdur ki, bərabər heyətlə ‘Bayern’ daha güclü idi. İlk hissədə rəqibə hədiyyələr verdik və daha çox qol da buraxa bilərdik. İkinci hissədə isə say üstünlüyü ilə başqa cür oynadıq.”
PSJ 26 noyabrda Çempionlar Liqasında “Tottenhem”lə qarşılaşacaq. 10 dekabrda isə komanda “Atletik Bilbao” ilə oynayacaq.
© Copyright 2025, All Rights Reserved