Luiş Nani Qazaxıstan klununda! RƏSMİ
Portuqaliyanın sabiq futbolçusu Luiş Nani Qazaxıstanın “Aktobe” klubu ilə 1 illik müqavilə imzalayıb.
90plus.az xəbər verir ki, 39 yaşlı vinger 2024-cü ilin dekabrında “Eştrela”dan ayrıldıqdan sonra noyabr ayından azad agent statusunda idi.
Təcrübəli futbolçu bu keçidi gələcəyini də nəzərə alaraq edib. Belə ki, müqaviləyə əsasən Nani klubun inkişaf və gənclər layihəsində də geniş rol alacaq. “Aktobe” onun peşəkar karyerasında çıxış edəcəyi 12-ci klub olacaq.
Transferlə bağlı açıqlama verən Nani bunları deyib:
“Bu yeni layihə və klubda, eləcə də Qazaxıstanda futbolun inkişafına töhfə vermək imkanı məni çox həyəcanlandırır. ‘Aktobe’ əla şəraitə malikdir və mən burada çox səmimi qarşılandım. Hiss edirəm ki, birlikdə çalışaraq klubu təkcə ölkə daxilində yox, beynəlxalq arenada da daha yüksək səviyyəyə qaldıra bilərik”.
Qeyd: “Aktobe” Qazaxıstan çempionatının 5 qat qalibidir və hazırda tarixində ilk dəfə UEFA turnirlərində iştirak etmək uğrunda mübarizə aparır.
ℹ️ Nani 2024-cü ildə “Eştrela”dakı son oyunundan sonra UEFA-nın gənclər üzrə elit məşqçi lisenziyası kursunu da uğurla tamamlayıb.
© Copyright 2026, All Rights Reserved