Luka Donçiçdən "öküzlər"ə 51 xal
NBA-da növbəti maraqlı qarşılaşma baş tutub.
90plus.az xəbər verir ki, oyunda "Los-Anceles Leykers" doğma meydanda "Çikaqo Bulls"u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 142:130 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşün əsas qəhrəmanı isə sloveniyalı ulduz basketbolçu Luka Donçiç olub. O, rəqib səbətinə 51 xal göndərərək komandasının qələbəsində həlledici rol oynayıb. Donçiç eyni zamanda 10 ribaund və 9 məhsuldar ötürmə ilə oyunun ən məhsuldar basketbolçusu olub.
Bu nəticə ilə “Los-Anceles Leykers” növbəti qələbəsini qazanaraq mövsümdə uğurlu çıxışını davam etdirib.
© Copyright 2026, All Rights Reserved