Luka Modriç hər kəsi geridə qoydu

İspaniyanın "Real" klubunun xorvatiyalı futbolçusu Luka Modriç Madrid derbilərində iştirak sayına görə hamını geridə qoyub.
90plus.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi La Liqanın 23-cü turunda "Atletiko"ya qarşı keçirilən görüşdə (1:1) iştirak etməklə rekorda nail olub.
Modriç Madrid derbisində 40-cı dəfə meydana çıxaraq "Real"ın sabiq hücumçusu Kərim Benzemanı (39 oyun) ötüb-keçib və klub tarixində bu göstərici üzrə lider olub.
Madrid derbilərində iştirak sayına görə ilk beşlik belədir:
1. Luka Modriç – 40 oyun
2. Kərim Benzema – 39 oyun
3. Toni Kroos – 33 oyun
4. Yan Oblak – 32 oyun
5. Kriştianu Ronaldu və Antuan Qrizmann – hər ikisi 31 oyun
Bu göstərici Modriçin "Real" karyerasında nə qədər vacib fiqura çevrildiyini bir daha sübut edir.
© Copyright 2025, All Rights Reserved