Luka Modriç “Real” üçün son dəfə səhnədə idi
RƏSMİ: Luka Modriç “Real Madrid”lə vidalaşdı.
90plus.az xəbər verir ki, futbol dünyasının canlı əfsanələrindən Luka Modriç “Real Madrid”də son oyununu keçirib. 39 yaşlı xorvat yarımmüdafiəçi Madrid klubunun heyətində düz 13 il oynayaraq təxminən 600 oyunda forma geyinib və 28 böyük titul qazanaraq klub tarixində silinməz iz qoyub.
Modriçin son oyunu Klubların Dünya Çempionatının yarımfinalında PSJ-yə qarşı olub. Ağır məğlubiyyət (0:4) onun üçün arzuolunmaz vida anı sayılsa da, “Real”dakı möhtəşəm karyerası hər zaman xatırlanacaq.
Modriçin “Real Madrid”də qazandığı titullar:
Luka Modriç “Real” tarixində ən çox titul qazanan futbolçu olub və kapitan Naço Fernandesin göstəricisini geridə qoyub. O, həmçinin klub tarixində ən yaşlı oyunçu və ən yaşlı qol müəllifi kimi Ferenz Puşkaşın rekordunu qırıb.
Klub prezidenti Florentino Peres Modriçin gedişi ilə bağlı deyib: “Modriç həmişə Madridistaların qəlbində qalacaq. Onun futbolu təkcə Madridizmonu deyil, bütün dünyadakı azarkeşləri valeh edib. Onun irsi əbədi yaşayacaq.”
Ulduz yarımmüdafiəçi növbəti mövsümdən etibarən karyerasını “Milan”da davam etdirəcək. Bundan başqa, o, bu ilin aprelində İngiltərənin “Suonsi Siti” klubuna da investor və ortaq kimi qoşulub.
Bir dövr başa çatdı, yeni bir hekayə başlayır.
© Copyright 2026, All Rights Reserved