Luka Modriçdən komanda yoldaşlarına yeni telefon
Luka Modriç yeni “Milan” komandasındakı komanda yoldaşlarına tanışlıq mahnısı oxumamaq üçün onlara ən yeni “iPhone” hədiyyə edib.
90plus.az xəbər verir ki bu barədə komandanın hücumçusu Santiaqo Ximenez danışıb:
“Komandaya gələn kimi hər bir oyunçuya yeni “iPhone” verdi. Soyunma otağına girəndə hər birimizin oturacağında bir dənə “iPhone” var idi.
Adətən yeni gələn oyunçu komanda qarşısında mahnı oxuyur… amma o, bizə telefon almağı seçdi”
© Copyright 2025, All Rights Reserved