Macar futbolçu uşaqlıq komandasını böhrandan xilas edib
Macarıstan yığmasının futbolçusu Andraş Şefer nümunəvi bir addım atıb.
90plus.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi futbola başladığı klubu iflasdan qurtarıb.
"Union Berlin"də oynayan futbolçu “Haladaş”a 36 min avro göndərib. Bu məbləğ, onun keçmiş komandasının maliyyə çətinliklərinin bir hissəsini aradan qaldırıb. Şefer, həmçinin başqalarının da kluba dəstək verdiyini vurğulayıb.
Xatırlatma: Şefer 2010-2014-cü illərdə “Haladaş”ın uşaq akademiyasında məşq etmişdi.
© Copyright 2026, All Rights Reserved