Madrid derbisi - Avropanın gündəmi!
Avropada günün mərkəzi oyunu sayılan "Real - Atletiko" derbisində bir neçə maraqlı məqam var.
90plus.az xəbər verir ki, La Liqanın 23-cü həftəsində 49 xallı lider "Real" və 48 xallı 2-ci yerin sahibi "Atletiko" “Santyaqo Bernabeu” stadionunda lideri müəyyənləşdirəcək.
Maraqlı: "Atletiko Madrid"in ulduz futbolçusu Antuan Qrizman karyerasının son Madrid derbisinə çıxacaq. Çünki bu matçdan sonra komandadan ayrıla bilər. ABŞ klublarının təklifini dəyərləndirən 33 yaşlı fransız Lionel Messi ilə eyni komandada çıxış etməyə yaxındır.
Qeyd: Qrizman Avropada "Atletiko"dan savayı heç bir klubda oynamaq istəmədiyini deyib.
Maraqlı: "Real Madrid" Bernabeudakı derbidən əvvəl Marselonu yad edəcək.
Müqayisə: "Real Madrid" derbidə Atletikodan 50 dəfə çox qalib gəlib.
Oyun bu gecəyarısı - saat 00:00-da başlayacaq.
© Copyright 2026, All Rights Reserved