Maestro Modriç “Milan”da: 40 yaşında yeni macəraya yelkən açır

EKSKLÜZİV: “Milan” Luka Modriçə rəsmi təklif göndərdi!
90plus.az xəbər verir ki, “Milan” xorvatiyalı ulduz futbolçu Luka Modriçə bir illik müqavilə + əlavə bir il opsiyası ilə rəsmi təklif irəli sürüb.
Müqaviləyə əsasən, Modriçə illik 3.5 milyon avro net maaş və əlavə bonuslar təklif olunur.
Modriçin hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir və əlavə bir il uzadılma seçimi mövcuddur.
Dünən yayılan xəbərlər artıq rəsmən təsdiqlənib və hazırda “Milan” tərəfi futbolçunun yekun cavabını gözləyir.
Klub daxilindən verilən məlumata görə, “Here we go” anı artıq çox da uzaqda deyil...
📰: Fabrizio Romano
© Copyright 2025, All Rights Reserved