Mahir 12 dəqiqə oynadı, komandası məğlub oldu
"Nürnberq" evində məğlub olaraq 9-cu pilləyə düşdü.
90plus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin də forma geyindiyi "Nürnberq" Almaniya Bundesliqası -2-də 24-cü turun oyununa çıxıb. Onlar "Hannover"i qəbul edib. Görüşü qonaqlar üstün başa vurublar.
Mahir Emreli matçın 77-ci dəqiqəsində Knoşun yerinə oyuna girib. Ancaq onun da meydanda olması ev sahiblərinə xal qazanmaq üçün kifayət etməyib:
Nürnberq 1-2 Hannover
Tzimas 36'
Leopold 42'
Knight 57'
Qeyd: Bu nəticədən sonra "Nürnberq" 9-cu pilləyə yuvarlanıb.
© Copyright 2025, All Rights Reserved