Mahir Emreli haqda klubu rəsmi açıqlama yayıb
Mahir Emreli ilin sonuna qədər yaşıl meydanlardan uzaq qalacaq.
90plus.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin zədəsinin təfərrüatları məlum olub. Futbolçunun çıxış etdiyi “Kayzerslautern” klubu onun son durumu ilə bağlı rəsmi açıqlama yayıb.
Bildirilir ki, 28 yaşlı hücumçu 2-ci Bundesliqanın “Herta”ya qarşı görüşündə sonradan meydana daxil olsa da, təxminən 15 dəqiqə sonra zədə səbəbindən oyunu tərk etməli olub. Tibbi müayinələr nəticəsində onun qasıq vətərində qismən qopma aşkarlanıb.
Bu zədə Mahir Emrelinin 2025-ci ilə qədər meydana çıxmasına imkan verməyəcək. “Kayzerslautern” klubunun açıqlamasında qeyd olunub ki, rəhbərlik və tibbi heyət futbolçunun bərpa prosesini yaxından izləyəcək və ona tam dəstək göstərəcək.
Klub, həmçinin, Mahir Emreliyə tezliklə tam sağalaraq komandanın sıralarına qayıtmağı arzulayıb.
© Copyright 2026, All Rights Reserved