Mahir Emreli oyuna girdi, 15 dəqiqə sonra əvəzləndi
Almaniyanın 2-ci Bundesliqasında 12-ci turun qarşılaşmaları baş tutub.
90plus.az xəbər verir ki, Mahir Emrelinin çıxış etdiyi “Kayzerslautern” doğma meydanda “Herta” (Berlin) komandasına 0:1 hesabı ilə məğlub olub. Azərbaycanlı hücumçu oyuna hesab açıldıqdan sonra — 63-cü dəqiqədə daxil olub.
Qeyd: Bu görüş Mahir Emrelinin avqustun sonunda keçirilmiş 3-cü turdan bəri “Kayzerslautern”də ilk matçı olub. O, 78-ci dəqiqədə Riçmond Taçi ilə əvəzlənib. Komanda hazırda 20 xal toplayaraq turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved