Mahir Emreli sevgilisi ilə foto paylaşdı - FOTO

Məşhur futbolçu Mahir Emreli şəxsi həyatı ilə bağlı paylaşımla diqqət mərkəzinə düşüb.
90plus.az xəbər verir ki, idmançının sevgilisi Dilara Salim Mahirlə birgə gəzinti zamanı çəkilmiş fotosunu Instagram hesabında paylaşıb.
Mahir həmin şəkli öz hesabında "repost" edərək, "Bazar günü gəzintisi"şərhini yazıb və ürək emojisi əlavə edib.
Qeyd: Dilara Salim Türkiyə vətəndaşıdır. Mahir isə bu il "Nürnberg" futbol klubuna transfer olunub və hazırda sevgilisi ilə Almaniyada tanış olduğu bildirilir.
© Copyright 2025, All Rights Reserved