Mahir Emreliyə Ukraynadan təklif

Azərbaycan yığmasının üzvü Mahir Emreli daha bir xarici klubdan təklif alıb.
90plus.az xəbər verir ki, Ukrayna Premyer Liqasında mübarizə aparan klublardan biri 27 yaşlı forvardı heyətinə qatmaq istəyib. Klubun dəqiq adı bəlli olmasa da, məlumdur ki, həmin komanda avrokuboklara vəsiqə qazanıb.
Lakin Emreli bu təklifə isti yanaşmayıb. O, karyerasını Almaniyada davam etdirmək arzusundadır.
Qeyd: Mahir Emreli son mövsümdə II Bundesliqada “Nürnberq” klubunda çıxış edib.
© Copyright 2025, All Rights Reserved