Mahir Emreliyə yenə şans vermədilər

Azərbaycan yığmasının oyunçusu Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" klubu 2-ci Bundesliqanın 9-cu tur matçında meydana çıxıb.
90plus.az xəbər verir ki, komanda səfərdə "Karlşruher"lə üz-üzə gəlib.
Gərgin keçən qarşılaşma "Kayzerslautern"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Mahir Emreli bu oyunda iştirak etməyib və heyətə daxil edilməyib. 27 yaşlı forvard son 5 görüşdə də baş məşqçi Torsten Liberknechtin qərarı ilə iştirak ərizəsində yer almayıb.
Hazırda "Kayzerslautern" 18 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Qeyd: Mahir Emreli bu yay "Kayzerslautern" klubuna keçib. Lakin o, cari mövsümdə cəmi 3 liqa oyununda forma geyinib və hələ qol hesabını aça bilməyib.
© Copyright 2025, All Rights Reserved