Mahir Klozeni qane etmir
Almaniya mediası Azərbaycan millisinin "Nürnberq"də oynayan hücumçusu Mahir Emreli haqda ürək açmayan xəbər yazıb.
90plus.az xəbər verir ki, baş məşqçi Miroslav Klozenin Mahirdən narazı qalıb. Komandanın son məşqində həmyerlimizin topsuz məşqləri onun xoşuna gəlməyib: "Mahir istəyəndə topla işləyə bilir. Top Emreli istəyəndə onun yanındadır. Lakin həmişə topun gəlməsini gözləmək olmaz, onda çox gözləməli olarsan".
Qeyd: Mahir Emrelinin "Nürnberq" statistikası: 16 matç, 4 qol və 1 qolun ötürməsi. O, son dövrlərdə komandanın əsas heyətinə düşməkdə çətinlik çəkir.
📰: Bild
© Copyright 2025, All Rights Reserved