Mahirin növbəti adresi - Özü açıqladı

Azərbaycan millisinin hücumçusu Mahir Emreli gələcəyi ilə bağlı açıqlama verib.
90plus.az xəbər verir ki, “Nürnberq” klubundan ayrılan futbolçu yeni komandaya keçidlə bağlı danışıb:
“Hazırda danışıqların tamamlanmasını gözləyirəm. Amma agentlərimə də bildirmişəm ki, hazırda diqqətimi milli komandanın qarşıdakı oyunlarına yönəltmək istəyirəm. Bu görüşlərdən sonra transfer məsələlərinə baxacağıq”, – deyə Emreli bildirib.
Təcrübəli forvard əlavə edib ki, Almaniyadan və digər ölkələrdən maraq var:
“Almaniyada qalmaq istərdim. Həm ölkəni, həm də buradakı insanları yaxşı tanıyıram. Milli komandamızın Macarıstanla qarşılaşmasından sonra hər şey daha aydın olacaq.”
Qeyd: Mahir Emrelinin transferi ilə Almaniyanın “Haydenhaym”, “Kauzerslauten” klubları və Səudiyyə Ərəbistanından bəzi komandalar maraqlanır.
© Copyright 2025, All Rights Reserved