Mak Allister: “Ehtiyacımız olan komanda ola bilməkdir”
Aleksis Mak Allister bu mövsüm “Liverpul”da yaranan problemlərin səbəbləri barədə danışmaqdan imtina edib.
90plus.az xəbər verir ki, 27 yaşlı argentinalı yarımmüdafiəçi “Sky Sports”a açıqlamasında bunları deyib:
“Dediyim kimi, bir çox şey dəyişdi. Gedən futbolçuların yerinə yeniləri gəldi, biz çox şeyi dəyişdik, amma mən bunu özüm üçün saxlamağa üstünlük verirəm”.
Bununla belə, yarımmüdafiəçi hesab edir ki, “Liverpul”un vəziyyəti dəyişmək üçün hələ də kifayət qədər potensialı var və komandanın mübarizə aparacağı hədəflər var:
“Bizim möhtəşəm futbolçularımızın olduğu tam aydındır. Sadəcə komanda halında olmağı bacarmalıyıq – ehtiyacımız olan budur.
Şəxsi olaraq deyə bilərəm ki, komandasız mən heç nəyəm. Düşünürəm ki, hamımız daha yaxşı olmalı, yanımızdakı futbolçunu düşünməli və daha yaxşı komanda halına gəlməliyik. Bu, bizə kömək edəcək və səviyyəmizi qaldıracaq.
Mənim üçün hər şey aydındır. Hədəflərə gəlincə, Çempionlar Liqası var və biz mütləq onun uğrunda mübarizə aparacağıq, çünki bu, çox gözəl bir nailiyyət olardı. Bir də İngiltərə komandaları üçün çox vacib olan FA Kuboku var.
Biz hələ də turnirdəyik, yaxın zamanda oyunlarımız olacaq və bu da bizim üçün başqa bir hədəfdir. “Liverpul” üçün oynadığın zaman hər şey uğrunda mübarizə aparmalısan.”
© Copyright 2026, All Rights Reserved