MakQreqor prezidentliyə namizəd oldu
Keçmiş UFC çempionu Konor Makqreqor İrlandiya prezidentliyinə namizəd olacağını elan edib.
90plus.az xəbər verir ki, bu hadisə 2025-ci ilin noyabrında keçiriləcək növbəti seçkilərdə baş verəcək.
Makqreqorun İrlandiyada miqrantlara qarşı sərt mövqe tutduğu və bu məsələ ilə bağlı ABŞ Prezidenti Donald Trampla görüş keçirdiyi bildirilir. Görüş zamanı irlandiyalı idmançı ölkəsinin hökumətini qeyri-qanuni miqrasiyanı dəstəklədiyinə görə tənqid edib.
36 yaşlı Makqreqorun sonuncu döyüşü UFC 264 turnirində amerikalı Dastin Puarye ilə baş tutub və qarşılaşma zamanı o, ayaq zədəsi alıb.
© Copyright 2025, All Rights Reserved