Makqreqor Trampı ziyarət etdi
Keçmiş UFC çempionu, İrlandiyalı idmançı Konor Makqreqor ailəsi ilə birlikdə Ağ Evə səfər edib.
90plus.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp onları Oval kabinetdə qəbul edib.
Makqreqor administrasiyanın digər nümayəndələri ilə də görüşərək hazırkı İrlandiya hökumətini tənqid edib.
Qeyd: 36 yaşlı döyüşçü MMA-da 22 qələbə və 6 məğlubiyyətə malikdir. O, iki dəfə UFC çempionu olub. Son döyüşünü isə 2021-ci ilin iyulunda keçirib.
Xatırlatma: Konor Makqreqorun həyat yoldaşı Di Devlindən Konor Junior, Kroya, Rayan və Mak adlı dörd övladı var.
© Copyright 2025, All Rights Reserved