Maktomineyi Premyer Liqa klubu istəyir
“Everton” Maktomineyin transferi üçün hərəkətə keçdi.
90plus.az xəbər verir ki, “Everton” hazırda “Napoli”nin formasını geyinən Skott Maktomineyi heyətinə qatmaq niyyətindədir. Premyer Liqa klubu şotland yarımmüdafiəçi üçün təxminən 70 milyon avro ödəməyə hazırdır.
Məlumata görə, komandanın şotlandiyalı baş məşqçisi Devid Moyes bu transferi xüsusi istəyir və onun reallaşması üçün klub rəhbərliyindən bütün imkanların səfərbər olunmasını tələb edib.
İspaniyanın “Fichajes” nəşri yazır ki, “Everton” bu qış Maktominey üçün rəsmi təklif göndərməyə hazırlaşır.
© Copyright 2026, All Rights Reserved