Maldini "Latsio"ya gedir
“Atalanta”nın futbolçusu Daniel Maldini A Seriyasında klubunu dəyişməyə hazırlaşır.
90plus.az xəbər verir ki, “Latsio” italiyalı hücumameyilli yarımmüdafiəçinin transferini razılaşdırıb. Bu barədə tanınmış insayder Fabritsio Romano xəbər verib.
Roma təmsilçisi 24 yaşlı futbolçunu 14 milyon avroluq satınalma şərti ilə icarə əsasında heyətinə qatacaq.
Xatırlatma: "Atalanta” Daniel Maldinini 2025-ci ilin fevralında “Montsa” klubundan 13 milyon avro qarşılığında transfer etmişdi. İtaliya millisinin üzvü cari mövsümdə Berqamo təmsilçisinin heyətində iştirak etdiyi 11 rəsmi oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved