Maludanın oğlu "Sabah"ın tarixinə keçdi

"Sabah" klubunun futbolçusu Aron Maluda Misli Premyer Liqasının VIII turunda "Zirə"yə qarşı keçirdiyi matçda vurduğu qolla tarixə adını yazdırıb.
90plus.az xəbər verir ki, görüşün 45+2-ci dəqiqəsində rəqib qapısını dəqiq zərbə ilə dəliyən hücumçu "bayquşlar"ın bütün turnirlər üzrə vurduğu 400-cü qolun müəllifi olub.
Fransalı futbolçu bu qolla "Sabah" komandasında ilk qolunu qeyd edib.
Xatırlatma: "Sabah" və "Zirə" arasında baş tutan qarşılaşma Masazır təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd: Aron Maluda sabiq "Çelsi"li Florin Maludanın oğludur.
© Copyright 2025, All Rights Reserved