Mamardaşvili: "Vinisiusla mərcə girdik, mən qazandım"
"Valensiya"nın gürcü qapıçısı penalti vurulan zaman Vinisiusla mərcə giribmiş.
Xəbər verdiyimiz kimi, "Valensiya" 17 ildən sonra "Real Madrid"i Santiaqo Bernabeuda məğlub edə bilib. Matçda Vinisiusun penaltisini dəf edən Giorgi Mamardaşvili oyunun adamı seçilib. Gürcü qapıçı oyundan sonra maraqlı açıqlamalar verib:
"Penalti verilən zaman Vinisiusla 50 avrodan mərcə girdik. Mən penaltini dəf etdim, ancaq Vinisius mənim pulumu vermədi (gülərək). Hələ də gözləyirəm"
Qeyd: "Real Madrid" bu oyunda məğlub olaraq çempionluq yolunda ağır itki alıb.
© Copyright 2025, All Rights Reserved