“Man Siti” 4 oyun sonra uddu
“Mançester Siti” Premyer Liqada uğursuz seriyaya son qoyub. Xosep Qvardiolanın komandası “Etihad” stadionunda turnir cədvəlinin son pilləsində qərarlaşan “Vulverhempton”u 2:0 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, görüş “Siti” üçün xüsusi əhəmiyyət daşıyırdı. Komanda 2026-cı ilin əvvəlindən etibarən liqada keçirdiyi dörd oyunda qələbə qazana bilməmişdi. Qvardiola bu matçda Erlinq Haaland və Fil Fodeni ehtiyatda saxlayaraq hücum xəttində dəyişikliklərə getmişdi:
Man Siti 2 - 0 Vulvz
O. Marmuş 6’
A. Semenyo 45+2’
Qollar: https://t.me/doxsanplus/113680
Bu qələbə sayəsində “Mançester Siti” lider “Arsenal”la xal fərqini 4-ə endirdi. Qvardiolanın komandası növbəti oyununu Çempionlar Liqasında keçirəcək – “Siti” çərşənbə günü “Qalatasaray”ı qəbul edəcək.
“Vulverhempton” isə Premyer Liqada növbəti turda səfərdə “Bornmut”la üz-üzə gələcək.
© Copyright 2026, All Rights Reserved