“Man Siti” “Milan”la bazarlıq edir

Ticani Reynders “Milan”dan “Mançester Siti”yə keçir – 70 milyonluq transfer tamamlanmaq üzrədir.
90plus.az xəbər verir ki, yay transfer dönəminin ən diqqətçəkən keçidlərindən biri reallaşmaq üzrədir. “Milan”ın yarımmüdafiəçisi Ticani Reynders “Mançester Siti”yə transfer olunur.
İngiltərə çempionu niderlandlı futbolçu üçün 70 milyon avro dəyərində şifahi razılıq əldə edib. Hazırda tərəflər rəsmi prosedurlar üzərində işləyirlər və yaxın günlərdə keçidin rəsmiləşəcəyi gözlənilir.
Reynders “Milan”a 2023-cü ilin yayında “AZ Alkmaar”dan transfer olunmuşdu və qısa müddətdə komandanın əsas oyunçularından birinə çevrilmişdi. O, ötən mövsüm A Seriyada və Avropa Liqasında sərgilədiyi performansla bir çox top klubların diqqətini çəkmişdi.
Pep Qvardiolanın rəhbərlik etdiyi “Mançester Siti” Reyndersin texniki bacarıqlarını, ötürmə keyfiyyətini və taktiki çevikliyini yüksək qiymətləndirir. Niderlandlı futbolçunun “Kevin De Bruyne”nin mümkün gedişi fonunda orta xəttin liderlərindən birinə çevriləcəyi gözlənilir.
📰: Fabrizio Romano
© Copyright 2025, All Rights Reserved